AZ

"Ermənistan günü sabah sərhədləri açmağa hazırdır"

Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü yaxın günlərdə Ermənistanda baş tutacaq.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində İrəvanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesindəki xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

Onun sözlərinə görə, qarşıdan gələn iclasda prosesin bütün məsələləri, həyata keçirilən və həyata keçiriləcək addımlar müzakirə olunacaq. Rubinyan son iclasda Qars-Gümrü dəmir yolunun texniki parametrlərinin müzakirə edildiyini, tarixi Ani körpüsünün də bərpasının nəzərdə tutulduğunu xatırladıb.

Rubinyan görüşün dəqiq harada - İrəvanda və ya sərhəddə keçiriləcəyini açıqlamayıb.

R.Rubinyan bildirib ki, Ermənistan günü sabah da Türkiyə ilə sərhədlərini açmağa və diplomatik əlaqələr qurmağa hazırdır.

O əmin edib ki, Ermənistan tərəfindən heç bir maneə yoxdur: “Əgər iradə olarsa, bu, qısa müddətdə baş verəcək”, - deyən Rubinyan Ermənistan tərəfdən heç bir şərt olmadığını xatırladaraq, bu istiqamətdə işlərin davam etdiriləcəyini söyləyib.

“Vaşinqton razılaşmaları, şübhəsiz ki, regionda və ondan kənarda vəziyyətə müsbət təsir edəcək çox mühüm hadisədir”, - deyə Ruben Rubinyan əlavə edib ki, İrəvan nikbindir.

Rubinyan qeyd edib ki, qarşıdakı götrüşdə bütün proses məhz sərhədlərin açılmasına diplomatik münasibətlərin qurulmasına yönəlib.

Seçilən
9
4
xezerxeber.az

5Mənbələr