AZ

Azərbaycanın vahid xəzinə hesabının sərbəst qalığı 2,6 milyard manatdan çox artıb

Bakı. Trend:

Bu ilin iyulun 1-nə vahid xəzinə hesabının sərbəst qalığı 4,515milyard manat olub və bu, ilin əvvəli ilə müqayisədə 2,677 milyardmanat artıb.

Bu barədə Trend Hesablama Palatasının "2025-ci ilin altı ayıüzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumataxülasə"nə istinadən xəbər verir.

Qeyd edilib ki, sərbəst qalığın artması yanvar və aprelaylarında əhəmiyyətli profisit və bu aylarda kəsirinmaliyyələşdirilməsindən daxilolmalarla (özəlləşdirilmə və xaricdəncəlb edilən kreditlər hesabına) əlaqəli olub.

"Hesabat dövründə ilk dəfə olaraq dövlət büdcəsi vəsaitlərinindaha səmərəli idarə olunması məqsədilə aprel ayından başlayaraqvahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerlibanklarda depozitə yerləşdirilməsi üçün depozit hərracları təşkiledilib,1 iyul tarixinə bu depozitlər 2,5 milyard manat olub. Buəməliyyatlar bankların likvidliyinə artırıcı təsir göstərmiş, izafilikvidliyin aradan qaldırılması məqsədilə Mərkəzi Bank hesabatdövründə sterilizasiya əməliyyatlarını (repo və depozit hərracı)diqqətdə saxlayıb. Sərbəst qalıq vəsaitlərinin idarəedilməsindəndaxilolmalar hesabat dövründə 1,4 milyon manat proqnoza qarşı 23,4milyon manat icra edilb ki, bunun da 14,6 milyon manatı əvvəlkiildə DNF-ə idarəetməyə verilmiş vəsaitlər üzrə hesablanmışgəlirlərdir (DNF-in məlumatlarına əsasən). Qeyd edək ki, bu mənbəüzrə illik proqnoz 10 milyon manat təsdiq edilib", - deyə məlumatdabildirilib.

Seçilən
53
az.trend.az

1Mənbələr