AZ

ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı başa çatıb - VİDEO

BAKI, 8 sentyabr. TELEQRAF

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı başa çatıb.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanış çərçivəsində ümumqoşun və ixtisas hazırlığı üzrə məşğələlər keçirilib, atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları icra olunub, həmçinin günün nizam qaydalarına uyğun fəaliyyətlər yerinə yetirilib.

Hərbi vəzifəlilərə müşahidə dronlarından istifadə qaydaları da göstərilib və müxtəlif tapşırıqlar məşq etdirilib.

Sonda toplanış müddətində fərqlənən hərbi vəzifəlilər mükafatlandırılıb.

Seçilən
27
26
teleqraf.com

10Mənbələr