AZ

Bakıda marşrut xətlərinə 2300-dən çox avtobus cəlb ediləcək

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən tədrismövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarınınyaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayıartırılacaq.

2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımadaistifadə edilən avtobusların sayı 1780 ədəd, 2023-cü ildə 2011ədəd, 2024-ci ildə isə 2180 ədəd olub. Hazırda paytaxtdasərnişindaşımada 2200 avtobus istismar edilir. Tədris mövsümü iləəlaqədar nəqliyyat vasitələrinin sayının 2300-dən çox olmasınəzərdə tutulub. Bununla bağlı AYNA tərəfindən plan hazırlanıb,daşıyıcılarla görüşlər keçirilib, xətlər üzrə avtobus sayınınartırılması barədə tapşırıqlar verilib.

Hazırda dövlətin təşəbbüsünü dəstəkləyən özəl nəqliyyatşirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan,yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edənmüasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir.

2025-ci il ərzində 10 marşrut üzrə yenilənmə aparılıb və 150-yəyaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub. Yenilənməprosesi paytaxtla yanaşı Sumqayıt şəhəri və Abşeron rayonu ərzisinidə əhatə edib. Belə ki, 7 marşrut üzrə 85 müasir avtobussərnişinlərin istifadəsinə verilib. Əlavə olaraq, bu yaxınlardadaşıyıcılar tərəfindən Bakı şəhərində daşımalara ekoloji cəhətdəntəmiz və komfortlu daha 200 avtobus gətiriləcək.

Sərnişinlərin mənzil başına daha rahat və sürətli çatdırılmasınıtəmin etmək məqsədilə avtobuslar xüsusi hərəkət zolaqları iləhərəkət edir. Hazırda 40-a yaxın küçə və prospektdə ümumilikdə 112kilometrdən çox avtobus zolağı çəkilib. Hər gün paytaxt və ətrafərazilərdə bu zolaqlarla hərəkət edən avtobuslarla 1 milyona yaxınsərnişin daşınır. Bakı şəhərində avtobuslar üçün ayrılmış zolaqlarüzrə orta sürət artıb, şəhərin bir sıra ərazilərində gediş vaxtı12-22 dəqiqəyə qədər qısalıb.

Qeyd edək ki, müxtəlif marşrutlar üzrə xətlərə əlavəavtobusların cəlb edilməsi prosesi davam etdirilir, avtobus parkıyenilənir. Bununla da əhalinin ictimai nəqliyyata əlçatanlığınınartırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daharahat və sürətli daşınması, sıxlıq hallarının aradan qaldırılmasıtəmin edilir.

Seçilən
27
36
az.trend.az

10Mənbələr