Qrossi: MAQATE İrandan uran ehtiyatlarının yerləşməsi ilə bağlı təsdiq almayıb
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İrandan yüksək zənginləşdirilmiş uran ehtiyatlarının yeri barədə məlumat almayıb. Bunu MAQATE-nin Baş direktoru Rafael Qrossi MAQATE Rəhbərlər Şurasının sentyabr sessiyasının açılışına həsr olunmuş mətbuat konfransında deyib.
O, İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının yeri barədə məlumat ötürüb-ötürməməsi ilə bağlı suala cavabında deyib: “Bizim bu məsələ ilə bağlı İrandan təsdiq almadığımız mənasında heç bir aydınlıq yoxdur”.
Bundan əvvəl cənab Qrossi İranda nüvə yoxlamalarının tezliklə bərpasına ümid etdiyini bildirib.