AZ

Növbəti köç karvanı Vəngli kəndinə çatıb

Sentyabrın 8-də doğma yurduna yola salınan köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb. Bu mərhələdə köçürülən 105 nəfərdən ibarət 29 ailəyə mənzillərin açarları təqdim edilib. 

XQ-yə Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Vəngli kəndində daimi yaşayış üçün köçürülən ailələrə fərdi yaşayış evlərində mənzillər verilib. 

Müşfiq Mirzə 
XQ

Seçilən
2
1
xalqqazeti.az

4Mənbələr