AZ

Ağdərə sakini: Gözəl günlərimiz başlayır

Ağdərə, 8 sentyabr, AZƏRTAC

Ağdərə rayonunu 1992-ci ildə çətin şəraitdə, ağlaya-ağlaya tərk etmişdim. Bu gün isə Vətənimə gülə-gülə qayıdıram.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ağdərə rayonunun Vəngli kəndinə köç edən keçmiş məcburi köçkün Nurəddin Bəşirov deyib.

“Mən hər zaman doğma torpaqlarımıza qayıdacağıma inanırdım. Həsrətində olduğumuz bu torpağa Prezidentimizin, şəhidlərimizin, qazilərimizin sayəsində yenidən qayıtdıq. Ailəmiz beş nəfərdən ibarətdir, üçotaqlı evlə təmin olunmuşam. Hər şeydən razıyam. Bu gündən gözəl günlərimiz başlayır”, - deyə Ağdərə sakini bildirib.

Seçilən
86
1
azertag.az

2Mənbələr