AZ

Hesablama Palatası: Bu il büdcə kəsiri dövlətin öz hesabına maliyyələşdirilib

BAKI, 8 sentyabr. TELEQRAF

2025-ci ilin yanvar-iyun aylarında büdcə kəsirinin maliyyələşdirilməsi üçün daxili borclanmadan 989 milyon manat, məqsədli büdcə fondlarının qalığından isə 9,6 milyon manat istifadə planlaşdırılsa da, həmin mənbələrdən vəsait cəlb edilməyib.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumata Xülasə"də qeyd olunub.

Vahid xəzinə hesabının sərbəst qalığından kəsirin maliyyələşdirilməsi üçün 45 mln. manat proqnozlaşdırıldığı halda, 76,9 milyon manat maliyyələşdirmə həyata keçirilib.

Seçilən
61
teleqraf.com

1Mənbələr