AZ

A Seriyasında daha bir medal

Avstriyanın Zalsburq şəhərində "Karate-1" A Seriyası keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançısı Rəşid Süleymanov (75 kq) turnirində bürünc medal qazanıb.

Bu, millimizin yarışda 2-ci mükafatı olub. Bir gün öncə Hüseyn Məmmədli (67 kq) gümüş medala sahib olub.

Qeyd edək ki, "Karate-1" A Seriya turnirləri idmançıların dünya reytinqində xal toplaması baxımından böyük əhəmiyyət daşıyır.

İdman.biz

Seçilən
21
1
idman.biz

2Mənbələr