AZ

"Bayer" danimarkalı mütəxəssisə tapşırılır

Danimarka millisinin sabiq baş məşqçisi Kasper Hjulmann "Bayer"in məşqçilər korpusuna rəhbərlik edəcək.

Operativ Media xəbər verir ki, bu haqda "Kicker" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, alman klubu ilə 53 yaşlı danimarkalı prinsipial razılığa gəlib. Müqavilənin bu həftə imzalanması gözlənilir.

Hjulmann 2020-ci ilin avqustundan 2024-cü ilin iyuluna qədər Danimarka millisində çalışıb. O, həmçinin "Nordsjælland" və "Mainz" komandalarını da çalışdırıb.

Sentyabrın 1-də Erik ten Haq "Bayer"in baş məşqçisi vəzifəsindən azad edilib.

Seçilən
67
operativmedia.az

1Mənbələr