AZ

ABŞ Aİ-ni Rusiyadan qaz və neft almağı dayandırmağa çağırır

ABŞ-nin energetika naziri Kris Vrayt bildirib ki, Avropa İttifaqının Rusiyadan neft və qaz idxalını tamamilə dayandırması, Vaşinqtonun Moskva əleyhinə daha sərt sanksiyalar tətbiq etməsinə əsaslı təsir göstərə bilər.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir bu barədə ''Financial Times'' qəzetinə verdiyi açıqlamada danışıb.

Onun sözlərinə görə, Avropa ölkələri Rusiya enerjisindən imtina etməyə hazır olduqlarını rəsmən bəyan etsələr, bu, ABŞ-nin qərarvermə prosesində mühüm dönüş nöqtəsi ola bilər. O qeyd edib ki, hazırda Avropa ölkələrinin Amerikadan mayeləşdirilmiş təbii qaz (LNG) və digər yanacaq növlərini fasiləsiz şəkildə alması mühüm önəm daşıyır.

Nazir qeyd edib ki, bu məsələ həm də ABŞ və Aİ arasında imzalanmış yeni ticarət sazişi çərçivəsində əhəmiyyət kəsb edir. Xatırladaq ki, avqustun sonunda iki tərəf Aİ sənaye mallarına tətbiq edilən gömrük rüsumlarının ləğvini, ABŞ-də isə əksər Avropa məhsullarına 15% rüsumun qüvvədə qalmasını nəzərdə tutan çərçivə sazişi elan etmişdi.

Bu razılaşma enerji ticarətində ABŞ məhsullarına tələbin artmasına, eyni zamanda Avropanın enerji təhlükəsizliyi siyasətində Amerika ilə daha sıx koordinasiyaya yol aça bilər.

Seçilən
41
1
operativmm.az

2Mənbələr