AZ

Braziliyalı gəmi istehsalçıları sualtı qayıqların istehsalında Fransa təcrübəsini götürəcəklər

Braziliya Hərbi Dəniz Qüvvələrinin Nüvə və Texnoloji İnkişaf İdarəsi milli donanmaya çoxməqsədli nüvə sualtı qayığının çatdırılması proqramı çərçivəsində Fransanın “Naval Group” şirkəti ilə iki müqavilə imzalayıb.

Herbiand.az xəbər verir ki, müqavilələrin ümumi dəyəri 526 milyon avrodan çoxdur.

Braziliya Hərbi Dəniz Qüvvələrinin ən mühüm strateji təşəbbüslərindən biri PROSUB proqramıdır. O, 2008-ci ildə start götürüb və eyni layihə əsasında dörd “Scorpen” sinifli dizel-elektrik sualtı qayığın və bir çoxməqsədli nüvə sualtı qayığın istehsalını nəzərdə tutur.

Proqramın məqsədi Braziliyanın gəmiqayırma sənayesini modernləşdirmək, iş yerləri yaratmaq və hərtərəfli texnologiya transferi müqaviləsi vasitəsilə yerli insan resurslarını gücləndirməkdir.

Braziliya “Naval Group”dan həmçinin,  ağır F-21 torpedaları da alıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
58
herbiand.az

1Mənbələr