Ermənistan hakimiyyəti Türkiyə ilə sərhədləri açmağa, həmçinin diplomatik əlaqələr qurmağa hazırdır.
Publika.az xəbər verir ki, belə bir bəyanatla Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan çıxış edib.
Rubinyan Türkiyənin Ermənistanla sərhədin açılmasının gecikdirməsi üçün heç bir səbəb görmür.
"Ermənistan tərəfində gecikmə ilə bağlı heç bir problem yoxdur. Biz sərhədləri açmağa hazırıq", - o deyib.
Rubinyan bildirib ki, Ermənistan bu yaxınlarda Pakistanla diplomatik əlaqələr qurub və ümid edir ki, Türkiyə ilə bağlı da oxşar addım atılacaq