AZ

Növbəti monitorinqlərə başlanılır

Ölkəmizdə fəaliyyət göstərən şadlıq sarayları və ictimai-iaşə obyektlərindən havaya atılan tullantıların mövcud ekoloji normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən sentyabrın 13-dən etibarən ictimai-iaşə obyektləri və şadlıq saraylarının ətrafında ölçmə işləri aparılacaq. Haraya normadan artıq tullantı atan obyektlər müəyyən edilərək, onlar barəsində qanunamüvafiq tədbirlər görüləcək. Əvvəlcədən xəbərdarlıq edilir ki, obyekt sahibləri obyektlərindəki təmizləyici qurğuların texniki çatışmazlıqlarını aradan qaldırsınlar və qurğuların filtrlərini vaxtında yeniləsinlər.

XQ

Seçilən
3
12
xalqqazeti.az

10Mənbələr