AZ

Əcnəbi hücumçu "Qarabağ" üçün Bakıya gəldi

UEFA Gənclər Liqasında iştirak edəcək "Qarabağ"ın U-19 komandası hazırlıqlarını Bakı Olimpiya Stadionunun yardımçı meydançasında davam etdirir.

Bu gündən toplanışa iki yeni sima da qoşulub.

Hər iki futbolçu legionerdir.

Konqodan olan əcnəbilərdən biri hücumçu, digəri isə vingerdir.

Hər iki oyunçu ilə 1 illik anlaşma imzalanacaq.

Xatırladaq ki, "Qarabağ" U-19 komandası əsas komanda ilə bərabər ilk görüşünü 16 sentyabrda Portuqaliya təmsilçisi "Benfika"ya qarşı səfərdə keçirəcək.

Komandamızın yer aldığı qrupda digər rəqiblər "Napoli", "Kopenhagen", "Ayaks", "Ayntraxt" və "Atletik" klublarıdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
14
sportinfo.az

1Mənbələr