AZ

ABŞ Açıq Çempionatının qalibləri rekord məbləğdə pul alıblar


Tennis üzrə ABŞ Açıq Çempionatının (US OPEN) tək yarışlar üzrə qalibləri ispan Karlos Alkaras və belarus Arina Sobolenko tennis tarixində rekord məbləğdə pul mükafatı alıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə turnirin saytında məlumat verilib.
Məlumata görə, finalda dünyanın bir nömrəli tennisçisi, italiyalı Yannik Sinneri 6:2, 3:6, 6:1, 6:4 hesabı ilə məğlub edən Alkaras 5 milyon dollar qazanıb.
Arina Sobolenko da eyni məbləği alıb. O, finalda amerikalı Amanda Anisimovaya 6:3, 7:6, 7:3 hesabı ilə qalib gəlib.
Turnirində idmançıların qazandıqları mükafatların məbləği tarixdə ən yüksək olub.
Həmçinin, "US Open" finalçılarının hər biri də 2,5 milyon dollar qazanıb.
Seçilən
8
1
yeniavaz.com

2Mənbələr