AZ

“Hizbullah”ın hərbi obyektləri darmadağın edildi

BAKI, 8 sentyabr. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın şimalında, Suriya ilə sərhədə yaxın Hermel şəhəri yaxınlığında “Hizbullah” Hərəkatının hərbi obyektlərinə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Livan KİV məlumat yayıb.

Mənbələr bildiriblər ki, İsrail aviasiyası “Radvan” xüsusi təyinatlılarının arxa bazalarına və raket silahları anbarlarına qarşı azı 12 reyd keçirib. Braysa, Zeqrin, Nəbi Musa, Əl-Muqar və Əl-Xərayib dağlıq ərazilərində hava hücumlarından sonra güclü partlayış səsləri eşidilib.

Hava hücumunun nəticələri ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.

Seçilən
40
teleqraf.com

1Mənbələr