BAKI, 8 sentyabr. TELEQRAF
2025-ci ilin birinci yarısında dövlət büdcəsi gəlirlərinin proqnozla müqayisədə ən yuxarı icra səviyyəsi (3173,2 milyon manat) mayda qeydə edilib. Xüsusilə Dövlət Neft Fondundan (ARDNF) transfertlərin proqnozla müqayisədə 247,9 milyon manat çox burada əhəmiyyətli rol oynayıb.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumata Xülasə"də qeyd olunub.
Məlumata görə,hesabat dövründə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar proqnozdan az, ADNF -nin transferti proqnozla eyni səviyyədə icra olunub.