AZ

Bu küçədə təmir işlərinə başlanılır

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində (Oskar Əfəndiyev küçəsi ilə kəsişmədən Məmmədəli Şərifli küçəsi ilə kəsişməyə qədər olan hissədə) 09 sentyabr 2025-ci il saat 15:00-dan etibarən təmir işlərinə başlanılacaqdır. Bu barədə Metbuat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunur ki, təmir işləri ilə əlaqədar olaraq göstərilən küçə üzrə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaqdır.

"Sürücülərdən hərəkətlərini öncədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunub.

Seçilən
0
26
metbuat.az

10Mənbələr