ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Ukrayna hakimiyyəti ölkədə fövqəladə səfərbərliyin aparılması üçün əlavə 500 milyon qrivna (12 milyon dollar) ayırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Life SHOT” Telegram kanalı məlumat yayıb.
Məxfi sənədlərə görə, sakinlər haqqında informasiyaları daim yeniləmək və onları ordu sıralarına göndərmək üçün Ukraynanın yeddi rayonunda operativ qərargahlar yaradılıb.
“Kiyev, Odessa, Xarkov, Dnepr və Lvov kimi bir milyondan çox əhalisi olan şəhərlərdə belə mərkəzlər gecə-gündüz fəaliyyət göstərir. Səfərbərlik sənədlərinin imzalanması fonunda 122 mindən çox insan kütləvi toplaşma yerlərində gücləndirilmiş reydlər keçirməyə başlayıb. Hazırda 22 yaşdan 60 yaşa qədər kişilərin ölkədən çıxışı qadağandır”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.