AZ

İrəvan: "Günü sabah Türkiyə ilə sərhədi açmağa hazırıq"

Hurriyyet.az xəbər verir ki, Ermənistan təmsilçiləri lap sabahkı gündən Türkiyə ilə sərhədləri açmağa və diplomatik münasibətlər qurmağa hazır olduqlarını bildirirlər.

Bu barədə Ermənistanın Türkiyə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bəyanat verib.

O, Ermənistan tərəfindən buna əngəllərin olmadığına inandırıb, uğurlu nümunə olaraq, bu yaxınlarda Pakistanla diplomatik əlaqələrin qurulmasını göstərib. Rubinyan bunu əlamətdar hadisə adlandırıb və Türkiyə ilə münasibətlərin irəliləyəcəyinə ümidvar olduğunu söyləyib. Rubinyan deyib: "Əzm olarsa - bizim tərəfdə də əzm var - bu, ən qısa vaxtda baş verəcək".

Hürr Tərcüman

Seçilən
55
hurriyyet.az

1Mənbələr