AZ

Kunde gərgin oyun cədvəlindən şikayətləndi

"Barselona"nın və Fransa millisinin sağ cinah müdafiəçisi Jül Kunde gərgin oyun cədvəlinin matçlara münasibətə təsirindən danışıb.

Müdafiəçi il ərzində keçirilən oyunların çoxluğundan şikayətlənib:
“Mən bunu dəfələrlə demişəm: təkmilləşdirilməli olan şeylər var və xüsusilə oyunçuların, məşqçilərin, hər kəsin fikrini nəzərə almaq lazımdı. Futbolda çalışanların hamısı bəzən bu tempin qurbanına çevrilir. Bu, bütöv bir ekosistemdi. Bu qədər matçın olması... Bəzi şeylərdən sui-istifadə etdikdə onlara çox əhəmiyyət vermirik. Ola bilsin ki, çox olduqlarına görə bəzən oyunlara marağımız azalır. Bütün bunları araşdırmaq və dəyişmək lazımdı”.
Seçilən
21
2
football-plus.az

3Mənbələr