AZ

Payız gəlir, özümüzü qripdən necə qoruyaq?

Payız gəlir, özümüzü qripdən necə qoruyaq?Payızın gəlişi ilə havaların dəyişkən olması, temperatur fərqlərinin artması qrip və digər respirator infeksiyaların yayılma riskini artırır.

İnfeksionist həkim Elçin Qafurzadə BiG.AZ-a bildirib ki, xüsusilə sentyabr ayında orqanizmin mövsüm dəyişikliyinə adaptasiyası bir qədər vaxt aparır:

"Mövsüm dəyişikliyi zamanı immun sistemində zəifləmə müşahidə oluna bilər. İnsanlar daha çox qapalı məkanlarda toplaşır, bu isə virusların yayılmasını asanlaşdırır. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər qripə qarşı daha həssasdırlar. Qripdən qorunmaq üçün tövsiyə olunur:

Əllərin tez-tez sabunla yuyulması və dezinfeksiya edilməsi
Kütləvi yerlərdə maskadan istifadə olunması
Bol maye qəbul etmək və vitaminlə zəngin qidalar yemək
Kifayət qədər yatmaq və stressdən uzaq durmaq
Risk qrupuna aid şəxslərin həkimlə məsləhətləşərək qrip peyvəndi vurdurması

Hərarət, öskürək, boğaz ağrısı və halsızlıq əlamətləri yaranarsa, insan özünü müalicə etməyə çalışmamalı, vaxt itirmədən həkimə müraciət etməlidir".

Seçilən
55
big.az

1Mənbələr