AZ

Azərbaycanın ilk bərpaolunan enerji layihəsinin icrasına başlanılır

Bakı. Trend:

Bu ilin iyun ayında Mingəçevirdə tikintisində Çin şirkətlərininiştirak etdiyi Azərbaycanın ən iri istilik elektrik stansiyasısayılan “8 Noyabr” istismara verilib.

Trend xəbər verirki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu MeyBakıda keçirilən brifinqdə deyib.

“Elektrik stansiyasının açılışı mərasimində Prezident İlhamƏliyev layihənin gerçəkləşdirilməsinə Çin şirkətlərinin verdiyitöhfəni yüksək qiymətləndirərək, onu beynəlxalq əməkdaşlığın yaxşınümunəsi adlandırıb”, - deyə diplomat qeyd edib.

Səfir əlavə edib ki, hazırda Azərbaycanın ən iri küləkenergetikası layihəsi olan 240 MVt gücündə Xızı–Abşeron küləkelektrik stansiyasının tikintisi uğurla həyata keçirilir və bulayihədə də Çin şirkətləri iştirak edir. Yaxın vaxtlarda isə 100MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisinə rəsmistart veriləcək. Bu, Çinin investisiyaları ilə, hərrac nəticəsindəhəyata keçiriləcək Azərbaycanın ilk bərpaolunan enerjilayihəsidir.

Lu Meyin sözlərinə görə, birgə səylərin nəticəsi olaraq yaxıngələcəkdə Azərbaycanda elektrobusların istehsalının da əsasıqoyulacaq.

Səfir həmçinin Çin Xalq Respublikasının Sədri Si Cinpinin Çin vəAzərbaycanın inkişaf və dirçəliş yolunda tərəfdaşlar olması iləbağlı dediklərini xatırladıb.

“Çin hər iki ölkənin xalqlarının daha da faydalanması üçün, yenikeyfiyyətli istehsal qüvvələri sahəsində – rəqəmsal iqtisadiyyat,süni intellekt və qabaqcıl emal sənayesi kimi istiqamətlərdə özüstünlüklərini Azərbaycanla bölüşməyə və müasirləşdirmə yolundabirlikdə irəliləməyə hazırdır”,- Lu Mey qeyd edib.

Məqalədə:
Seçilən
45
1
az.trend.az

2Mənbələr