"Karvan Yevlax"ın hücumameyilli yarımmüdafiəçisi Rəhman Şabanov yeni mövsümə 1-ci Liqada başlayacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı futbolçu "Zaqatala" ilə anlaşıb.
Məlumatı dəqiqləşdirmək üçün "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxladıq. O, Rəhmanı heyətə qatdıqlarını təsdiqlədi: "Bəli Rəhman "Zaqatala"da olacaq. O, sabah komandaya qoşulacaq. Onu da qeyd edim ki, bir müddətdir düşərgəmizdə olan müdafiəçi İlkin Qırtımovla da müqavilə bağlanılıb".
Nihat