AZ

Dövlət büdcəsində Neft Fondu transfertlərindən olan fiskal asılılıq artıb

Bakı. Trend:

Bu ilin ilk yarısında dövlət büdcəsinin gəlirləri 19803,8 mln.manat təşkil edib ki, bu da proqnozlaşdırılmış göstəricidən 3,7%,əvvəlki ilin analoji göstəricisindən isə 5,1% çoxdur. 2025-ci ilinbirinci yarımilliyində bütün aylar üzrə dövlət büdcəsi gəlirlərininicrası proqnozdan artıq olub.

Bu barədə Trend Hesablama Palatasının "2025-ci ilin altıayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillikməlumata xülasə"nə istinadən xəbər verir.

Hesabat dövründə dövlət büdcəsi gəlirlərinin 10,277 milyardmanatı və ya 51,9%-i qeyri neft-qaz sektorunun payına düşüb ki, buda ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz bəndi azdır.

"Hesabat dövründə neft-qaz sektoru üzrə vergi gəlirləri 2,286milyard manat olub ki, bu da ötən ilin müvafiq göstəricisi iləmüqayisədə 121,1 milyon manat azdır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə Dövlət Neft Fondunun(DNF) transferti 850,0 milyon manat artıb ki, bu da neft-qazgəlirlərində 728,8 milyon manat artıma səbəb olub. Bu dinamikadövlət büdcəsində DNF transfertlərindən olan fiskal asılılığınartması kimi qiymətləndirilə bilər", - deyə məlumatda qeydedilib.

Məqalədə:
Seçilən
26
1
az.trend.az

2Mənbələr