AZ

Təminat Fonduna qaytarılan vəsait proqnozun cəmi 5%-ni təşkil edib

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Təminat Fondunun vəsaitinin qalığı 419,3milyon manat olub. Bu ilin ilk 6 ayında Təminat Fonduna dövlətzəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlikəvəzsiz haqq üzrə 0,09 milyon manat, Fonda yığılan vəsaitin idarəolunmasından əldə olunan gəlir üzrə 26,0 milyon manat, təkrar borcsazişləri üzrə 10,7 milyon manat olmaqla, ümumilikdə 36,8 milyonmanat vəsait daxil olub.

Bu barədə Trend Hesablama Palatasının "2025-ci ilin altıayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillikməlumata xülasə"nə istinadən xəbər verir.

Bildirilib ki, Təminat Fondundan 14,0 milyon manat, 29,9 milyonABŞ dolları və 7,4 milyon avro xərc edilərək, 6 ayın sonuna Fondunvəsait qalığı 377,1 milyon manat təşkil edib.

"Hesabat ilinin əvvəli ilə müqayisədə sonuna Fondun vəsaiti 42,2milyon manat azalıb. Dövlət Neft Fonduna (DNF) əsasən, vəsaitlərinidarə olunmasından əldə edilmiş 26,0 milyon manat əvvəlki ildəhesablanmış gəlirlərdir.

Təminat Fondu tərəfindən ödənilmiş vəsaitlərin hər bir təşkilatüzrə 2025-ci ildə qaytarılması nəzərdə tutulan 203,7 milyonmanatdan cari ilin 6 ayında 10,7 milyon manat bərpa edilib. Bu daümumi proqnozlaşdırılan məbləğin 5,3%-ni təşkil edib", - deyəməlumatda qeyd edilib.

Məqalədə:
Seçilən
48
2
az.trend.az

3Mənbələr