Venesuela prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Nikolas Maduro Kolumbiya ilə sərhəddə, eləcə də respublikanın Karib və Atlantik okeanı sahillərində 25 min hərbçinin yerləşdirilməsi barədə göstəriş verib.
Ölkə.az xəbər verir ki, bu barədə prezident Maduro öz Telegram kanalında məlumat yayıb.
“Mən Kolumbiya ilə sülh zonasında, Karib dənizi sahillərində və Nueva Esparta, Sucre və Maduro Delta əyalətlərinin Atlantik sahillərində operativ cavab taktiki qruplarını gücləndirmək üçün şanlı Milli Bolivar Silahlı Qüvvələrimizin 25 min kişi və qadınının yerləşdirilməsini əmr etdim", - Maduro qeyd edib.
O vurğulayıb ki, səfərbərliyin əsas məqsədi milli suverenliyi, ölkənin təhlükəsizliyini və sülh uğrunda mübarizəni müdafiə etməkdir.
Qeyd edək ki. Son günlərdə Venesuela ilə ABŞ arasında münasibətlərlə yenidən gərginləşərək böhran həddinə çatıb. Belə ki, ABŞ prezidenti Donald Tramp Venesuelanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə kifayət qədər səy göstərmədiyini iddia edib. Bu məqsədlə Ağ Ev narkotik kartellərə qarşı əməliyyatlar aparmaq üçün Venesuela sahillərinə Karib dənizinin cənubuna ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç esmines, nüvə sualtı qayığı, idarə olunan raket kreyseri, desant gəmiləri və 4500 hərbçi yerləşdirdiyi bildirilir. Sentyabrın 2-də Tramp ABŞ qüvvələrinin beynəlxalq sularda keçirdiyi əməliyyat zamanı Venesuela narkotik kartelinin 11 üzvünü öldürdüyünü bəyan edib.
Mürtəza