Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Mia.az Axar.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili müvəkkilinin onunla yanaşı əyləşməsinə şərait yaradılmasını istəyib.