Süper Liqa təmsilçisi "Başakşehir" baş məşqçi Çağdaş Atan ilə yollarını ayırdığını rəsmi olaraq elan edib.
Fanat.Az xəbər verir ki, klubun açıqlamasında ayrılığın qarşılıqlı anlaşma şəkildə baş tutduğu bildirilib.
Çağdaş Atan "Başakşehir"də çalışdığı müddətdə komandanın ən vacib simalarından biri olub. O, ümumilikdə komandanı 98 oyuna çıxarıb və bu müddətdə:
47 qələbə,
22 heç-heçə,
29 məğlubiyyət nəticəsi əldə edib.
Atanın rəhbərliyi dövründə "Başakşehir" həm daxili liqada, həm də avrokuboklarda diqqətçəkən performanslar nümayiş etdirib. Onun futbol fəlsəfəsi komandanı daha aqressiv və hücumameyilli oyuna yönəltməsi ilə yadda qaldı. Lakin son dövrlərdə alınan nəticələrin dəyişkənliyi rəhbərliyin ayrılıq qərarında mühüm rol oynayıb.
"Başakşehir" rəhbərliyi Çağdaş Atana kluba verdiyi töhfələr üçün təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Kamil Xudiyev