AZ

ABŞ-dan AB-yə yeni ultimatum - Rusiya qaz;ndan imtina etməsəniz, Putinə qarşı sanksiyalar olmayacaq…


ABŞ administrasiyası Avropa İttifaqı qarşısında Rusiyaya qarşı yeni sanksiyalarla bağlı yeni tələb qoyub. Moskvaya qarşı yeni, daha sərt sanksiyalar yalnız Aİ-nin Rusiyadan enerji idxalını tamamilə dayandıracağı təqdirdə nəzərdən keçiriləcək.

ABŞ-ın energetika naziri Kris Rayt bəyan edib ki, Avropa İttifaqı tərəfindən Rusiyadan enerji idxalının tamamilə dayandırılması Moskvaya qarşı yeni sanksiyalara zəmin yaradacaq.

“Əgər avropalılar bir sərhəd çəkib “Biz artıq Rusiya qazını almayacağıq” desəydilər, bu, şübhəsiz ki, ABŞ-ın sanksiyalarla bağlı daha aqressiv olmasına töhfə verərdi” – deyə Rayt “Financial Times”a açıqlamasında bildirib.

Raytın xəbərdarlığı, bu həftə Brüsseldə Aİ-nin enerji məsələləri üzrə komissarı Dan Yorqensen ilə görüşlər öncəsi verib. İclasda Aİ-nin Rusiya enerjisindən mərhələli şəkildə imtina planı və ABŞ-dan illik 250 milyard dollarlıq enerji məhsulu almaq öhdəliyi müzakirə olunacaq.

ABŞ Avropanın 2028-ci ilin sonuna kimi 750 milyard dollarlıq enerji alışı öhdəliyini yerinə yetirəcəyini gözləyir. Avropa ölkələri hələ də vaxtaşırı Rusiyadan qaz almaqda davam edir. 2024-cü ildə Aİ-nin qalıq yanacaq idxalının 14 faizi Rusiya mənbələrinin payına düşüb.

Brüssel Vaşinqtonu Ukraynadakı müharibəni dayandırmaq üçün təzyiqi artırmağa çağırsa da, prezident Tramp administrasiyası hələ də yeni sanksiyaları təsdiq etməyib.

Hazırda Aİ-nin bərpa olunan enerjiyə keçidi davam etsə də, bəzi ölkələr hələ də Rusiyadan qazı alırlar. Xüsusilə Macarıstan və Slovakiyanın Aİ-nin tam embarqo planlarına qarşı çıxdığı məlumdur.

Aİ enerji müstəqilliyi və yaşıl keçid məqsədlərinə uyğun olaraq bərpa olunan enerji investisiyalarını sürətləndirməyi hədəfləyir. Bununla belə, Raytın fikrincə, bu siyasət enerji təchizatı təhlükəsizliyinə və iqtisadi rəqabətə mənfi təsir göstərir.

TAHİR

Seçilən
44
baki-xeber.com

1Mənbələr