Avropa Komissiyası yaxın vaxtlarda Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ilə bağlı rəsmi təklifi təqdim edəcək.
Editor.az bu barədə Politico-ya istinadla yazır.
Avropa İttifaqının ali icra orqanı yeni məhdudiyyətlərlə bağlı blokun səfirləri ilə məsləhətləşmələrə başlayıb.
Politico mənbələri bildiriblər ki, rəsmi təklif həftənin sonuna kimi təqdim oluna bilər.
Brüssel hesab edir ki, Moskva Ukrayna ilə danışıqlar prosesini təxirə salmağa çalışır və buna görə də Aİ Rusiyaya təzyiqləri daha da artırmağı zəruri hesab edir.
Qeyd edək ki, Litva prezidenti Gitanas Nauseda sentyabrın 1-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə birgə mətbuat konfransında bəyan edib ki, 19-cu anti-Rusiya sanksiyalar paketi nüvə sənayesi, neft-qaz sektoru, bank sektoru və kölgə donanması kimi strateji sektorlara təsir göstərməlidir.
//Gülnarə Abasova, Editor.az