AZ

Xanyurdu kəndinə köçənlərə evlərinin açarları təqdim edilib

Bu gün Ağdərənin Vəngli kəndi ilə yanaşı doğma yurda yola salınan növbəti köç karvanı da Xocalı rayonunun Xanyurdu kəndinə çatıb. Bu mərhələdə köçürülən 46 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib. 

XQ xəbər verir ki, mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Xanyurdu kəndində daimi yaşayış üçün köçürülən ailələrə fərdi yaşayış evlərində mənzillər verilib. 

Müşfiq Mirzə
XQ

Seçilən
3
1
xalqqazeti.az

4Mənbələr