AZ

21-ci əsrdə Zaur Mikayılovun iş metodu: Boğaza qədər çirkab suyun içində çalışan fəhlə və ... - Video

Son günlər mediada "Qudalar Agentliyi" kimi cəmiyyətdə adı hallanan Dövlət Su Ehtiyatları Agentliyində fəhlələrin ağır şərtlərlə işlədilməsi yönündə sosial mediada xəbərlər artıb...

MilliYol Mia.az-a istinadən xəbər verir ki, trolların belə və qudalarla bağlı xəbərləri malalamaq cəhdlərinə baxmayaraq, Zaur Mikayılov və qurumda mühüm postlara sahiblənən qudaları əhalinin su təchizatını yaxlaşdırmaqdansa, daha da bərbad günə salmaları haqqında dövrü mətbuatda və sosial medida minlərlə məlumatlar bölüşülüb.

Bu gün redaksiyamıza rayonların birində çəkilmiş aşağıdakı video göndərilib.

Diqqət edin: fəhləni boğazadək çirkab suyun içinə girməyə və  deşilmiş boruya çüy vurmağa məcbur ediblər. 21-ci əsrdə iş qaydasına baxın!

Yeri gəlmişkən, bu tip faktlar onlarladır...

Məlumat üçün qeyd edək ki, son bir neçə ildə ADSEA xeyli texnika alıb, hətta biri 212 manata xamutlar belə. Elə isə hanı onlar? Yaxud su kəsilmədən fəhləni niyə belə ağır işə məcbur ediblər? 

Ən nəhayət, görəsən, mənasız xəbər yığınına böyük pullar xərcləyən ADSEA belə çətin anlarda həyatını riskə atan fəhlələri mükafatlandırırmı? Və nə qədər pulla?

Əlbəttə, bu barədə xəbəri məmnuniyyətlə yaymağa hazırıq.

MilliYol.az

Seçilən
6
7
milliyol.az

10Mənbələr