Finlandiya hökuməti Ukraynaya növbəti, 30-cu hərbi yardım paketini hazırlayır.
Xezerxeber.az xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Petteri Orpo Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə birgə Helsinkidə keçirilən mətbuat konfransında deyib. "Biz artıq Ukraynaya 29 hərbi yardım paketi ayırmışıq. Hazırda isə daha bir paket hazırlayırıq", - deyə o bildirib.
Finlandiyanın Baş naziri Ukraynaya yeni hərbi yardım paketinin hazırlandığını hökumətin dövlət büdcəsini 1 milyard avro ixtisar etmək planları fonunda açıqlayıb. Helsinki 2022-ci ildən bəri Kiyevə ümumilikdə 3,3 milyard avro dəyərində silah və digər hərbi texnika göndərib.