AZ

HP: Nəzərdə tutulmadığı halda xəzinədən daxili borcun azaldılmasına vəsait yönəldilib

“Büdcə sistemi haqqında” Qanunda nəzərdə tutulmamasına baxmayaraq, 2025-ci ilin müvafiq dövründə vahid xəzinə hesabının sərbəst qalığından daxili borcun azaldılmasına 1 mlrd. 395,4 mln. manat vəsait yönəldilib.

APA-Economics”in məlumatına görə, bu barədə Palatanın 2025-ci ilin ilk yarısı üzrə dövlət büdcəsinin icrasına dair hesabatında bildirilib.

Qeyd edilib ki, “Büdcə sistemi haqqında” Qanunda sərbəst qalıqdan daxili borcun azaldılmasına vəsait ayrılması nəzərdə tutulmur.

Palata vurğulayıb ki, bu addım qanunvericilikdə təsbit edilmədiyi halda həyata keçirilib və gələcəkdə büdcə intizamının təmin olunması üçün belə halların aradan qaldırılması vacibdir.

Seçilən
4
3
apa.az

4Mənbələr