AZ

Tbilisi meri: Bütün qanunsuz hərəkətlərə sərt cavab veriləcək

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi, 8 sentyabr, AZƏRTAC

Müxalifətin “hökuməti yerli seçkilərdə çoxlu sürprizlər gözləyir” kimi bəyanatları Gürcüstanda sabitliyi pozmaq və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır.

AZƏRTAC xəbər verir k, bu sözləri Tbilisi meri Kaxa Kaladze ölkənin əsas ana müxalifət partiyası olan Vahid Milli Hərəkat partiyasının üzvü Sopo Caparidzenin bəyanatına cavab verərkən söyləyib.

O qeyd edib ki, dövlət çevrilişi ilə bağlı səslənən çağırışlar, eləcə də müxtəlif yalan məlumatların fakt kimi təqdim olunması ölkəyə nihilizmin yeridilməsinə və cəmiyyətdə sualların yaranmasına yönəlib.

“Hamı bilməlidir ki, bütün qanunsuz hərəkətlərə müvafiq qurumlar tərəfindən sərt cavab veriləcək”, - deyə Kaladze vurğulayıb.

Onun sözlərinə görə, hökumət qarşıdan gələn seçkilərdə qalib gələcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
6
azertag.az

10Mənbələr