AZ

Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?

Aparılan sərt tədbirlərə baxmayaraq, yenədə gizli yollarla ölkəyə müxtəlif malların gətirildiyi deyilir...

Azərbaycanda son illər ölkəyə gətirilən qaçaq mallara qarşı sərt tədbirlər görülməkdədir. Bu barədə Dövlət Gömrük Xidmətinin aylıq hesabatlarında məlumatlar öz əksini tapıb. 

Aparılan sərt tədbirlərə baxmayaraq, yenədə gizli yollarla ölkəyə müxtəlif malların gətirildiyi deyilir.

AzFakt.com-un əldə etdiyi məlumata görə, ölkəyə gömrük bəyanından keçməyən malları gətirən kiçik qruplar mövcuddur. Bu qruplar yük avtomobillərində gizlədilmiş malları ölkəyə gətirməklə bazara çıxarırlar. Əldə etdiyimiz məlumata həmin qruplar Dövlət Gömrük Xidmətinin bəzi işçiləri ilə əlbir olaraq bu işləri həyata keçirirlər. 

Məlumatda bildirilir ki, ölkəyə gizli mal keçirən sahibkar qruplarından birinin başında Elnur adlı şəxs dayanır. 

Adı çəkilən şəxsin bir neçə ortağı olduğu və əsasən ölkəyə qadın saçı, elektron qəlyan, testosteron dərmanlar və sair malları gətirdikləri iddia olunur. 

Məlumata görə şəbəkənin digər üzvüləri Nail və Üzeyir adlı şəxslərdi. 

Qeyd edək ki, adlarını çəkdiyimiz şəxslərə məxsus obyektlərdə həmin malların satışı həyata keçirilir. 

Məsələ ilə bağlı araşdırmamız davam edir. 

MilliYol.az

Seçilən
3
1
milliyol.az

2Mənbələr