Bu gün Bakıda “FIFA Arena” layihəsi çərçivəsində 247 nömrəli məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimi baş tutub. 

Offsideplus.az xəbər verir ki, açılış mərasimində Ukrayna Futbol Federasiyasının prezidenti, futbol əfsanəsi Andriy Şevçenko, AFFA-nın prezidenti Rövşən Nəcəf, vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev iştirak edib. 

Yerli futbol veteranlarından Arif Əsədov və Mahmud Qurbanov da qonaqlar sırasında olub. 

Açılış mərasimindən sonra Şevçenko yeni meydançada uşaqlarla Futbol oynayıb. 

Videonu təqdim edirik: