AZ

Region Liqasının debütantı Bakıda bir araya gəldi

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Həvəskarlar liqasında qalib olan "Marafon" bir araya gəlib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Şahin Rüstəmovun baş məşqçisi olduğu komanda Bakıda hazırlığa başlayıb. 

Sabirabadlılar "Rekord Arena"da seleksiya məşqlərinə start verib. 

"Marafon" komandası 2025/2026 sezondan etibarən Region liqada mübarizə aparacaq.

Qeyd edək ki, Bakı, Sumqayıt və müxtəlif rayonlardan ümumilikdə 43 komandanın qatıldığı ölkə birinciliyinin final oyununda “Marafon” və “Məhəllə Uşaqları” üz-üzə gəlib. Rəqibini 4:0 hesabı ilə məğlub edən “Marafon” çempion olub.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
fanat.az

2Mənbələr