AZ

Bu ərazidə sürücülər yol nişanını, dayanacağı, piyada keçidini gözardı edirlər VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın “Koroğlu” metrostansiyasının yaxınlığında kütləvi şəkildə qayda pozan sürücülər görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə sentyabrın 8-də günorta saatlarında qeydə alınıb. Belə ki, 77-HC-398 dövlət nömrə nişanlı “Toyota” markalı, 77-LX-555 dövlət nömrə nişanlı “Mercedes” markalı, 77-XO-368 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobillərin sürücüləri minik vasitələrini avtobus dayanacağında üstəlik dayanma-durmanı qadağan edən nişanın təsir sahəsində saxlayıblar. Nəticədə onlar avtobusların dayanacağa daxil olmalarına əngəl törədiblər və sürücülər avtomobillərin hərəkətdə olduğu zolaqda saxlayaraq sərnişin mindirib-düşürməli olublar.

Onlardan geri qalmayan 77-PX-711 dövlət nömrə nişanlı “Haval” markalı maşının sürücüsü isə avtomobilini piyada keçidinin yaxınlığında park edib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, sürücülər avtomobillərini avtobus dayanacağından 15 metr kənarda saxlaya bilərlər. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
avtosfer.az

1Mənbələr