AZ

Azərbaycan müdafiə naziri Türkiyənin yeni hərbi attaşesini qəbul edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdə yeni təyin edilən hərbi attaşesi general-mayor Ersin Dinçeri qəbul edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri türkiyəli qonağı salamlayaraq onu ölkəmizdə fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.

General-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığını, digər sahələrdə olduğu kimi hərbi əməkdaşlıq sahəsində də inkişafını xüsusi vurğulayaraq bu əməkdaşlığın daha da yüksəldilməsi istiqamətində yeni hərbi attaşeyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

General-mayor Ersin Dinçer isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycanda hərbi attaşe kimi fəaliyyətə başlamasından qürur duyduğunu ifadə edib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi naminə əzmlə çalışacağını bildirib.

Azərbaycanda hərbi attaşelik fəaliyyətini başa vuran general-mayor Gaffar Görenin də iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

  • Azərbaycan
Seçilən
3
43
xezerxeber.az

10Mənbələr