AZ

Almaniyada sənaye istehsalı mart ayından bəri ilk dəfə artıb

ain.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada sənaye istehsalı mart ayından bəri ilk dəfə artıb.

Banco.az xəbər verir ki, Almaniyada sənaye istehsalı iyul ayında aylıq 1,3 faiz, illik müqayisədə isə 1,5 faiz artıb.

Almaniya Federal Statistika İdarəsi (Destatis) iyul ayına dair sənaye istehsalı və xarici ticarət göstəricilərini açıqlayıb.

Məlumata görə, Almaniyada sənaye istehsalı əvvəlki ayla müqayisədə 1,3 faiz artaraq proqnozları üstələyib. Bu, mart ayından bəri qeydə alınan ilk artım olub. Bloomberg sorğusunda iştirak edən iqtisadçıların orta proqnozu isə 1 faiz səviyyəsində idi.

Bundan əlavə, bu artımda mədənçıxarma, istehsal, enerji və tikinti sahələrini əhatə edən maşın və avadanlıq sektoru aparıcı rol oynayıb.

Destatis iyun ayındakı azalmaya dair əvvəl açıqlanan 1,9 faizlik göstəricinin 0,1 faiz kimi yenidən hesablandığını bildirib. Qeyd olunub ki, bu korrektə xüsusilə avtomobil sektorunda fəaliyyət göstərən böyük bir şirkətin sonradan təqdim etdiyi məlumatlardan qaynaqlanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
1
banco.az

2Mənbələr