AZ

Samvel Karapetyanın həbs müddəti uzadılıb

Rusiyalı iş adamı Samvel Karapetyanın həbs müddəti uzadılıb.

Day.Az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə biznesmenin vəkili Aram Vardevanyan məlumat yayıb.

"Məhkəmə bizim vəsatətimizi təmin etməyib və Samvel Karapetyanı həbsdə qoyub", - vəkil bildirib.

 

Xatırladaq ki, Ermənistan Daxili İşlər Nazirliyi "Taşir" Şirkətlər Qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı cari ilin iyunun 17-də saxlayıb. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. Bu zaman onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

Onu da bildirək ki, Azərbaycan 2021-ci ildə Qarabağa qaçaq yolla silah-sursat daşıyan şirkət rəhbərlərini beynəlxalq axtarışa vermişdi. Həmin şəxslər sırasında S.Karapetyan da olub.

Seçilən
28
3
day.az

4Mənbələr