Niderland yığmasının hücumçusu Memfis Depay tarixi uğura imza atıb.
Fanat.Az xəbər verir ki, təcrübəli forvard dünən Latviya ilə səfər matçında vurduğu 2 qolla milli komandadakı ümumi qol sayını 51-ə çatdırıb və ölkə tarixinin ən məhsuldar futbolçusu olub.
Matç gərgin mübarizə şəraitində keçib və Depayın parlaq oyunu nəticəsində Niderland Latviyanı 3:2 hesabı ilə məğlub edib. Bu nəticə həm komanda üçün vacib qələbə, həm də Depay üçün tarixi dönüş nöqtəsi kimi yadda qalıb.
Bununla da ulduz futbolçu, indiyədək rekordçu olan Robin van Persini (50 qol) geridə qoyaraq siyahının liderliyini ələ keçirib. İlk üçlükdə isə Klas-Yan Huntelaar 42 qolla yer alır.
Memfis Depay bu uğuru ilə yalnız Niderland futbolunun deyil, ümumiyyətlə Avropa futbol tarixində də iz qoyan hücumçular arasına daxil olub.
Kamil Xudiyev