Polşanın Keltse şəhərində keçirilən MSPO sərgisi çərçivəsində Hanwha Aerospace və Polşanın WB Group şirkəti ölkə daxilində sursat istehsalını təmin edəcək zavodun yaradılması barədə razılaşma imzalayıb.
Musavat.com xəbər verir ki, Homar-K Cənubi Koreya YARS-ları üçün nəzərdə tutulan CGR-080 raketi təxminən 80 km uzaqlığa malik olacaq və Polşanın reaktiv artilleriyasının əsas elementi sayılacaq.
İstehsal mərhələlərlə inkişaf etdiriləcək – texnologiyaların tədricən ötürülməsi və kadrların hazırlanması nəzərdə tutulur. Zavodun isə 2028-ci ilə qədər tam gücü ilə işləməsi planlaşdırılır.
Musavat.com