AZ

Kürdəmirdə 36 yaşlı kişini cərəyan vuraraq öldürüb

Kürdəmirdə 36 yaşlı kişini cərəyan vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Rayonun Xırdapay kənd sakini, 1989-cu il təvəllüdlü Bağırov Məhəbbət Ağamurad oğlu elektrik xəttində iş görərkən onu cərəyan vurub.

Ağır bədən xəsarəti alan sakin elə hadisə yerində dünyasını dəyişib. Onun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
16
13
anews.az

10Mənbələr