AZ

Karapetyanın tərəfdarları ayağa qalxdı: həbs gözlənilən idi, çünki...

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Ermənistanda məhkəmə təqib alətinə çevrilib”.

Globalinfo.az xəbər verir ki, bu barədə iş adamı, “Taşir Group”un rəhbəri Samvel Karapetyanın müdafiə şurasının vəkilləri bəyanatla çıxış edərkən deyiblər.

Onların sözlərinə görə, məhkəmə qərarları Ermənistanı hüquqi və demokratik dövlət statusundan məhrum edir.

“Ermənistan məhkəməsi bir daha sübut etdi ki, siyasi təqib aləti hələ də mövcuddur. Ancaq iş adamının hakimiyyətin hücumları fonunda kilsəni müdafiə etməsi həbs üçün əsas ola bilməz. Hərçənd, ölkədə məhkəmə və hüquq-mühafizə sisteminin hansı səviyyədə olduğunu nəzərə alsaq, iş adamının həbsdə qalması qərar gözlənilən idi”, – bəyanatda deyilir.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
globalinfo.az

1Mənbələr