AZ

Aleksandr Zinçenko: "Azərbaycanla matçda qələbə qazanmaq istəyirik"

Ukrayna yığması sabahkı matça qələbə qazanmaq üçün çıxacaq.

Fanat.Az xəbər verir ki, bunu Ukrayna millisinin futbolçusu Aleksandr Zinçenko deyib.

O, Azərbaycan yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Matça ciddi hazırlaşmışıq. Hədəfimiz qələbə qazanmaq olacaq. Azarkeşlərimizi sevindirmək istəyirik. Sabah bizi maraqlı oyun gözləyir".

Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Seçilən
30
fanat.az

1Mənbələr