AZ

Tramp həmin qətli araşdıracağına söz verdi

ABŞ Prezidenti Donald Tramp iki həftə əvvəl Nyu-York metrosunda bıçaqlanaraq öldürülən ukraynalı qaçqın İrina Zarutskayanın qətlinin araşdırılacağına söz verib. 

News24.az xəbərt verir ki, o, məsələ ilə bağlı "Fox News" telekanalına açıqlama verib.

“Dəhşətdir. Hadisənin videosunu gördüm. Sabah səhərə qədər bu iş haqqında hər şeyi biləcəyəm”, – Tramp vurğulayıb.

Məlumata görə, 34 yaşlı Dekarlos Braun adlı şəxs qıza hücum edərək ona bir neçə bıçaq zərbəsi vurub. Onun əvvəllər oğurluq, soyğunçuluq və qanunsuz silah saxlama maddələri üzrə məhkumluğu olub. Hücumdan dərhal sonra polis onu saxlayıb.

Aqil

Seçilən
85
1
news24.az

2Mənbələr